Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır, lakin digər tədarükçülər üçün bu qadağa daha bir ay müddətinə uzadılıb.
GundemXeber.Az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. “Benzinin ixracına 2024-cü ilin sonuna qədər tətbiq edilən müvəqqəti qadağa 31 yanvar 2025-ci ilədək uzadılıb. Məhdudiyyət neft məhsullarının birbaşa istehsalçıları tərəfindən həyata keçirilən tədarüklərə şamil edilməyəcək”, – qərarda deyilir. Bildirilir ki, qərar daxili yanacaq bazarında sabit vəziyyəti saxlamaq, neft emalı iqtisadiyyatını dəstəkləmək, avtomobil benzininin “boz” ixracına qarşı mübarizə məqsədilə qəbul edilib.
Xatırladaq ki, bu il sentyabrın 1-dən Rusiyadan bütün növ benzinin ixracına qadağa qoyulub. İstisna hökumətlərarası sazişlər əsasında və yalnız 2022-ci ildə 1 milyon tondan çox neft emal etmiş istehsalçılar üçün Avrasiya İqtisadi Birliyi ölkələrinə tədarüklərə olub. Qadağanın müddəti dekabrın 31-də başa çatırdı, noyabrın əvvəlində Rusiya Baş nazirinin müavini Aleksandr Novak qadağanın vaxtından əvvəl ləğv edilməsi təklifinin olduğunu söyləmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?