Rusiya Baş Qərargahının rəisi Valeri Gerasimov ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Brauna zəng vurub.
Gundemxeber.az xəbər verir ki, bunu "The New York Times"-a Amerika hərbi qurumunun mətbuat katibi Ceril Dorsi deyib.
Onun sözlərinə görə, onlar bir sıra qlobal və regional təhlükəsizlik məsələlərini, xüsusilə də davam edən Ukrayna böhranını müzakirə ediblər. O əlavə edib ki, "general Gerasimovun xahişi ilə Braun bu danışığı ictimaiyyətə açıqlamamağa razılaşıb".
Nəşr qeyd edir ki, Rusiya Müdafiə Nazirliyinin dekabrın 3-də yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi amerikalı həmkarına Aralıq dənizində “Kalibr” və “Sirkon” raketlərinin buraxılması ilə həyata keçiriləcək təlimlər barədə də xəbərdarlıq edib.
"ABC News" qeyd edib ki, manevrlər İsrailin raket əleyhinə müdafiə esminesləri və göyərtəsində 2200 dəniz piyadası olan ABŞ Hərbi Dəniz Qüvvələrinin üç amfibiya hücum gəmisinin yerləşdiyi ərazidə həyata keçirilib.
Danışıq zamanı Rusiyanın yeni “Oreshnik” ballistik raketinin istifadəsi də diqqətdən yayınmayıb.
Dorsi "ABC News"-a deyib ki, danışıq noyabrın 27-də Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Rusiya Müdafiə Nazirliyi danışığın olduğunu təsdiqləyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?