Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə mitinqlərdə kütləvi iğtişaşların təşkili və iştirakı ittihamı ilə biri əcnəbi olmaqla, daha beş nəfəri saxlayıb.
Nu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, təqsirləndirilən şəxslərin evlərinə baxış zamanı, eləcə də şəxsi yoxlama zamanı hərbi geyim, qaz maskaları, odlu silah, pul və yaddaş kartları aşkar edilərək götürülüb.
Onları 9 ilə qədər həbs gözləyir.
Ümumilikdə, Tbilisidə keçirilən aksiyalarda 23 nəfər müxtəlif cinayət ittihamları ilə saxlanılıb.
Sorğu
Yeni dizaynımız necədir?