Gundemxeber.az » Dünya » Qriqoryan sülh sazişinin müddəaları ilə tanış olub
Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan deputatı Anna Qriqoryan özünün və bəzi digər fraksiya həmkarlarının sülh müqaviləsi layihəsinin bəzi detalları ilə tanış olduqlarını bildirib.
Gundemxeber.Az xarici mediaya istinadən xəbər verir ki, Qriqoryan 2023-cü ilin dekabrında müvafiq saziş layihəsilə tanış olmaq üçün Xarici İşlər Nazirliyi ilə əlaqə saxladığını söyləyib.
Onun iddiasına görə, ötənilki versiyaya ermənilərin Qarabağa qayıtması ilə bağlı bənd daxil edilib. Amma tədricən Ermənistan hakimiyyəti bu məsələni gündəmdən çıxarıb.
Qriqoryan onu da bildirib ki, müqavilənin mətninin ötənilki variantında azərbaycanlıların Ermənistana “qaytarılması” məsələsi olmayıb.
“Amma nəzərə almalıyıq ki, o vaxtdan bəri saziş layihəsinə dəfələrlə düzəlişlər edilib, dəyişdirilib”, - deyə Anna Qriqoryan qeyd edib.
Erməni deputatın fikrincə, eyni məntiqlə azərbaycanlıların geri qayıtması məsələsi gündəmə daxil edilə bilər.
Gundemxeber.Az
25-12-2018, 16:47
21-11-2019, 11:30
16-07-2018, 15:00
31-05-2018, 11:39
21-02-2024, 17:21
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?