Ermənistan parlamentinin deputatı Suren Qriqoryan keçmiş prezident Serj Sarkisyanla bağlı video haqqında danışıb.
Məlumata görə, deputat videodakı görüntülərdə keçmiş prezidentin kriminal aləmin avtoritetləri ilə bir stol arxasında oturduğunu deyib.
“Dövlət güclü olmalı, “qanuni oğru” və kriminal avtoritetlərin güc tətbiq etməsinə imkan verməməlidir. Dövlət adamlarının cinayət aləminin adamları ilə necə təmasda olduqlarını özüm dəfələrlə görmüşəm. Bir videoda Serj Sarkisyanın kriminal avtoritetlərin olduğu ziyafətdə iştirak etməsini izləmişəm”, - S. Qriqoryan əlavə edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?