ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasında ən azı 14 milyarder əsas vəzifələri tutacaq.
GundemXeber.Az istinadən xəbər verir ki, onların ümumi sərvəti Finlandiya, Çili və Yeni Zelandiya da daxil olmaqla yüzlərlə ölkənin ÜDM-indən çoxdur.
Söhbət xüsusilə sərvəti 336 milyard dollar dəyərində qiymətləndirilən İlon Maskdan və aktivləri təxminən 1,1 milyard dollar təşkil edən Vivek Ramasvamidən gedir.
“Stephens Inc.” investisiya şirkətinin rəhbəri, Trampın rəhbərliyi altında ABŞ-ın Böyük Britaniyadakı səfiri olacaq Uorren Stevensin hesablarında 3,3 milyard dollar var. Amerikanın Fransadakı səfiri vəzifəsini Trampın qudası, əmlak şirkətinin dəyəri 2,9 milyard dollar olan Çarlz Kuşner tutacaq.
Portal xatırladır ki, Tramp təhsil naziri vəzifəsinə milyarder Vins Makmoen (sərvəti: 2,6 milyard dollar) həyat yoldaşı Lindanı, ticarət naziri vəzifəsinə isə Cantor Fitzgerald investisiya firmasının baş direktoru Hovard Lutnikin namizədliyini irəli sürüb. Sonuncunun, Axios-a görə, sərvəti 2 milyard dollar qiymətləndirilir.
Key Square Group investisiya fondunun rəhbəri, milyarder Skott Bessent Xəzinədarlıq katibi vəzifəsinə, Cerberus Capital Management investisiya şirkətinin liderlərindən biri Stiven Faynberq (sərvəti: 5 milyard dollar) müdafiə nazirinin müavini vəzifəsinə namizəd göstərilib. Bundan əlavə, Tramp ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) direktoru vəzifəsinə milyarder və kosmos turisti Cared Ayzekmanı (sərvəti: təxminən 2 milyard dollar) namizədliyini irəli sürüb. Sahibkar və investor Devid Saks Amerika administrasiyasının süni intellekt və kriptovalyutalar sahəsində siyasətinə rəhbərlik edəcək.
Sorğu
Yeni dizaynımız necədir?