Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Dağıstanda böyük terror aktı törətməyi planlaşdıran gizli təşkilatın 12 üzvünü saxlayıb.
GundemXeber.Az xarici mediaya istinadən xəbər verir ki, şübhəlilərin yaşayış ünvanlarında aparılan axtarışlar zamanı atıcı silahlar, hər birinin tutumu 1 kq trotil olan 2 ədəd kustar üsulla hazırlanmış partlayıcı qurğu, onların hazırlanması üçün komponentlər, ümumi çəkisi min kq olan 20 kisə ammonium nitrat və döyüş sursatı aşkar edilərək götürülüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?