Suriya prezidenti Bəşər Əsəd, ABŞ tərəfindən tətbiq edilmiş sanksiyaların mərhələli şəkildə ləğv edilməsi qarşılığında İranla logistik yardımı dayandırmaq təklifini rədd edib.
Gundemxeber.Az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Suriyanın keçmiş diplomatı Bəssam Bərəbəndiyə istinadən məlumat yayıb.
Məlumata görə, bu təklif ABŞ tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə irəli sürülüb. Vaşinqton, Əsəddən “Hizbullah” qruplaşmasının təminatı üçün Suriya ərazisindən istifadənin qadağan olunmasını tələb edib. Bunun müqabilində ABŞ, Suriyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaların mərhələli şəkildə ləğv ediləcəyini vəd edib.
Təklif, aktiv hərbi əməliyyatların başlamasına bir neçə həftə qalmış edilib, lakin Əsəd bu şərtləri qəbul etməyib. Analitiklər hesab edir ki, bu qərar Suriya rəhbərliyinin İran və “Hizbullah”la mövcud tərəfdaşlıq münasibətlərinə sadiqliyini nümayiş etdirir.
Xatırladaq ki, Suriya ABŞ-nin 2011-ci ildən bəri tətbiq etdiyi ciddi sanksiyaların təsiri altındadır və bu sanksiyalar ölkənin iqtisadi vəziyyətini ağırlaşdırmağa davam edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?