"ABŞ Suriyanın Homs əyalətindəki hərbi aerodromuna hücum etməklə arzuladığı nəticələrə nail ola bilmədi". Bunu Suriya prezidenti Bəşər Əsəd bazar günü iranlı həmkarı Həsən Ruhani ilə telefon söhbəti zamanı deyib. "Əsəd qeyd edib ki, ABŞ hücum etmək yolu ilə məqsədlərinə çata bilmədi. Bu, Suriya ordusunun qazandığı qələbələrdən sonra Birləşmiş Ştatlar tərəfindən dəstək alan terror qruplaşmalarında mənəvi ruh yüksəkliyi yaratmaq cəhdi idi", - deyə SANA agentliyi prezidentin sözlərini sitat gətirib. Öz növbəsində İran lideri Həsən Ruhani ABŞ-ın Suriya ərazisinə təcavüzünü ölkənin suverenliyinin və bütün beynəlxalq qanun və konvensiyaların kobud şəkildə pozulması adlandırıb. O, İranın terrorçuluqla mübarizədə Suriyanın yanında oduğunu bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?