Rusiya ildə 300 "Oreşnik" ballistik raketi istehsal edə bilər.
Bu barədə "Military Watch Magazine" Ukrayna kəşfiyyatına istinadən məlumat yayıb.
Nəşr yazır ki, Rusiya ayda 25 ədəd "Oreşnik" ballistik raketi istehsal edir, bu da ildə təxminən 300 ədəd raketə bərabərdir.
Qeyd edək ki, "Oreşnik" Rusiyanın 1980-ci illərdən sonra hazırladığı ilk ballistik raketlərdir və müasir hərbi texnologiyaların təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu raketlər 4000 kilometrə qədər uçuş məsafəsinə malikdir və bir neçə hədəfi eyni anda vurmaq imkanına sahibdir.
Sorğu
Yeni dizaynımız necədir?