ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp 20 yanvar 2025-ci ildə vəzifəyə başladığı gün 25-dən çox fərman və direktiv verməyi planlaşdırır.
GundemXeber.Az xarici KİV-ə istinadən xəbər verir ki, gələcək ABŞ lideri öz komandasına bildirib ki, 2016-2020-ci illərdəki ilk prezidentlik müddətinə nisbətən daha qısa müddətdə çoxlu fərman verməklə "böyük səs-küy" yaratmaq niyyətindədir. Agentlik xatırladır ki, hazırkı dövlət başçısı Co Bayden prezident vəzifəsinin ilk günündə 17 fərman imzalayıb və onların çoxu Tramp dövründə qəbul edilmiş müddəaların qüvvəsini dayandırıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?