ABŞ-da keçirilən seçkilərdə Demokrat Partiyasının namizədi Cozef Baydenin qələbə çaldığı ortaya çıxsa, hazırkı Prezident Donald Tramp müvafiq vaxt ərzində Ağ Evi tərk edəcək.
Bunu dövlət başçısı ilə söhbətindən sonra “Fox News”un aparıcısı Geraldo Rivera bildirib.
Jurnalistin fikrinə görə, D.Tramp “mərdanə vuruşmaq” niyyətindədir, yəni ölkənin seçilmiş prezidentini devirmək fikrinə düşməz.
Xatırladaq ki, bu il noyabrın 3-də Demokrat Partiyasının namizədi Cozef Bayden və hazırkı dövlət başçısı, Respublikaçılar Partiyasının nümayəndəsi Donald Trampın yarışdığı prezident seçkisi keçirilib. Ayın 7-də isə ölkənin başlıca KİV-ləri C.Baydenin yeni prezident seçildiyini bəyan edib./report.az/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?