Türkiyə mediasının və Reuters agentliyinin bildirdiyinə görə, Suriya paytaxtı Dəməşqə səfər edən şəxs Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalındır.
GundemXeber.Az bildirir ki, daha əvvəl Al Jazeera-nın verdiyi məlumatda həm xarici işlər naziri Hakan Fidanın, həm də İbrahim Kalının səfərdə iştirak etdiyi qeyd edilmişdi, lakin bu bilgi yanlış olduğu üçün düzəliş edilib.
Məlumata görə, İbrahim Kalın səfər çərçivəsində Əməvi Məscidini ziyarət edib. Sosial şəbəkələrdə yayılan görüntülərdə onun Dəməşqin simvolik yerlərindən biri olan Əməvi Meydanında olduğu görünür. Məsciddə iştirak etdiyi və bir sıra yerli liderlərlə görüşdüyü ehtimal olunur.
Türkiyə-Suriya münasibətlərinin yenidən qurulması fonunda baş tutan bu səfər regional təhlükəsizlik və qarşılıqlı əməkdaşlıq baxımından əhəmiyyətli hesab olunur. Əlavə məlumat əldə edildikcə xəbərlər yenilənəcəkdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?