Avropa İttifaqı (Aİ) Əfqanıstanda humanitar yardımdan asılılığı azaltmaq, inklüziv və dayanıqlı iqtisadi artımı təşviq etmək üçün 19,8 milyon avro ayırıb.
Bu barədə Aİ-nin Əfqanıstandakı nümayəndəliyi məlumat yayıb.
"Aİ “Əfqanıstanda İqtisadi dayanıqlıq, qadınların iqtisadi baxımdan gücləndirilməsi və iş yerlərinin yaradılması” təşəbbüsünü həyata keçirmək üçün Ağa Xan Fonduna və Ağa Xan Mədəniyyət Xidmətlərinə 19,8 milyon avro ayırıb.
Ümumi dəyəri 22 milyon avro olan bu layihə uzunmüddətli iqtisadi sabitliyi, inklüzivliyi və dayanıqlığı gücləndirməklə yanaşı, əfqan icmalarının təcili ehtiyaclarını qarşılamaq məqsədi daşıyır", - məlumatda qeyd olunub.
Aİ-nin Əfqanıstandakı müvəqqəti işlər vəkili Veronika Boskovic Pohar Əfqanıstanda milyonlarla insanın yoxsulluq içində yaşadığını vurğulayıb:
"Qadınların yükü olduqca ağırdır, ölkədə humanitar yardıma ehtiyac böyükdür. Bu təşəbbüs icmalara özlərinə inam yaratmağa və yardımdan asılılığı azaltmağa kömək edir".
Sorğu
Yeni dizaynımız necədir?