Macarıstan Avropa İttifaqının Ukraynaya 6,5 milyard avro məbləğində hərbi yardım ayırmaq qərarına veto qoyub.
Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Brüsseldə keçirilən görüş zamanı açıqlama verib.
“Ukraynaya silah tədarükünün maliyyələşdirilməsi məqsədilə Avropa Sülh Fondundan 6,5 milyard avro ayrılmasını bloklamaq qərarına gəldim”,- deyə nazir bəyan edib. Bu, Macarıstanın Ukrayna ordusunun silahlanması üçün ayrılan maliyyə paketini blokladığı ilk hal deyil. Rəsmi Budapeşt bildirir ki, mövqeləri yalnız bir şərtlə dəyişə bilər – Ukrayna, Macarıstan şirkətlərinin özünün “müharibənin beynəlxalq sponsorları” siyahısına daxil edilməyəcəyinə dair qəti zəmanət verməlidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?