ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, o, Rusiya-Ukrayna müharibəsinə son qoymağa nail olmaq üçün Rusiya lideri Vladimir Putinlə əlaqə saxlamaq niyyətindədir.
Bu barədə Gundemxeber.az xarici mətbuata istinadən xəbər verir.
“Prezident Putinlə danışacağıq və Prezident Zelenski (Volodimir-red), Ukrayna nümayəndələri ilə danışacağıq”, - Tramp deyib.
O vurğulayıb ki, Moskva ilə Kiyev arasında münaqişəni dayandırmaq lazımdır.
Tramp noyabrın əvvəlində “NBC News”a müsahibəsində də Putinlə telefon danışığının mümkünlüyünü istisna etməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?