Gundemxeber.az » Dünya » Daha bir ərəb ölkəsi ÇALXALANIR: İnsanlar küçələrə axışdı
Misirin paytaxtı Qahirədə kütləvi etiraz aksiyaları başlayıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, yüzlərlə insan küçələrə çıxaraq prezident Əbdülfəttah əs-Sisinin idarəçiliyinə qarşı narazılığını ifadə edir. Etirazların əsas səbəbləri arasında iqtisadi vəziyyətin ağırlaşması, yüksək korrupsiya səviyyəsi və vətəndaş azadlıqlarının məhdudlaşdırılması göstərilir.
Narazılığın ən böyük səbəbi isə yeni prezident sarayı və inzibati paytaxtın tikintisi barədə elan olub. Bu layihələrin ümumi dəyəri 45 milyard dollar həcmində qiymətləndirilir. Vətəndaşların həyat şəraitinin pisləşdiyi bir vaxtda belə xərcləmələr geniş narazılıq doğurub.
2014-cü ildə hakimiyyətə gələn Əbdülfəttah əs-Sisi 2019-cu ildə keçirilən referendum vasitəsilə prezidentlik müddətini dörd ildən altı ilə qədər uzadıb. Lakin onun idarəçiliyi dövründə ölkədəki sosial-iqtisadi vəziyyət yaxşılaşmayıb. Əksinə, bir çox vətəndaş onun iqtisadi siyasətinin böhranı daha da dərinləşdirdiyini düşünür.
Etiraz aksiyalarında 2013-cü ildə hakimiyyətdən uzaqlaşdırılmış "Müsəlman Qardaşları" hərəkatının tərəfdarları da fəal iştirak edir.
Hazırda Qahirədə nümayişlər davam edir və etirazların miqyası genişlənməkdədir. Misir hökuməti isə hələlik hadisələrlə bağlı rəsmi açıqlama verməyib.
24-12-2015, 19:03
29-10-2015, 17:10
23-03-2018, 19:52
24-12-2019, 13:45
19-02-2019, 12:28
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?