Misirin çevrilişçi prezidenti Əbdülfəttah Sisinin Liviyaya çox sayda tank göndərdiyi xəbəri yayılıb. Xəbərdə Sisinin bu həmləni Türkiyə prezidenti R.T.Ərdoğanın addımlarına qarşı cavab olaraq etdiyi bildirilir.
Suriyanın şimal-şərqindəki terror quruluşuna böyük zərbə vurmuş Türkiyə Şərqi Aralıq dənizində növbəti tarixi addım atmış, 27 noyabr 2019-cu ildə İstanbulda Liviya ilə Türkiyə prezidenti ilə Liviyanın Milli Barışıq Hökumətinin sədri Fəyaz Əl Sarrac arasında arasında “Şərqi Aralıq dənizinin nəzarət sahələrinin razılaşdırılması”, eləcə də "Təhlükəsizlik və hərbi əməkdaşlıq" memorandumu imzalanmışdı.
İsrailin MOSSAD kəşfiyyat təşkilatına yaxınlığı ilə tanınan DebkaFile saytında Liviya ilə bağlı belə bir iddia ortaya atılıb.
Saytın yazdığına görə, ötən cümə axşamı günü Misir ordusuna məxsus tanklar Liviyaya göndərilib və Türkiyə hərbçilərinin Liviyaya hər hansı bir müdaxiləsinə qarşı gözləmə mövqeyindədirlər. Kəşfiyyat mənbələrinə istinad edilən xəbərdə Misirə məxsus hava donanmasının bir qisminin də Türkiyənin Liviyaya hərbi yardımına qarşı hazır şəkildə gözlədiyi bildirilir./Hurriyyet.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?