Sudan Səhiyyə Nazirliyi ölkədə vəbaya yoluxanların ümumi sayının 48 min 598 nəfərə çatdığını bildirib.
Bu barədə GundemXeber.Az xarici mətbuata istinadən xəbər verir.
Məlumatda vəba epidemiyasından həyatını itirənlərin sayının 1 258 nəfərə çatdığı qeyd olunur.
Sudanda iyun ayında başlayan yağışlar və daşqınlar vəba xəstəliyinin daha sürətlə yayılmasına səbəb olub. Ölkə hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi daha əvvəl 3,4 milyon sudanlı uşağın vəbaya yoluxma riski altında olduğunu bildirib.
BMT-nin Uşaq Fondu (UNICEF) oktyabrın 5-də Sudana 1,4 milyon doza vəba peyvəndi göndərib.
Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.
Sorğu
Yeni dizaynımız necədir?