“NATO ölkələrinin nəzarətindəki sosial şəbəkələrdə Rusiya Xarici İşlər Nazirliyinin bəzi yüksək səviyyəli rəsmiləri ilə Azərbaycanın və Qazaxıstanın Xarici İşlər Nazirliklərinin rəsmiləri arasında dekabrın 25-də baş Aktau şəhərində vermiş təyyarə qəzası üzrə versiyaların işlənib hazırlanmasına dair yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Gundemxeber.az xəbər verir ki, bu barədə Rusiya XİN-in “Teleqram” kanalında rəsmi məlumat yayılıb:
“Rusiya Xarici İşlər Nazirliyi tərəfindən yuxarıda adları çəkilən ölkələrin müvafiq qurumları arasında bu məsələdə hər hansı danışıq aparılmayıb. Baş vermiş təyyarə qəzasının səbəblərinin araşdırılması müvafiq qurumlar tərəfindən aparılır” – deyə, məlumatda bildirilib.
Rusiyanın Xarici İşlər Nazirliyindən bu cür mənfi xarakterli dezinformasiyanın siyasi sifarişlə həyata keçirildiyi qeyd olunub:
”İnsanların faciəsi üzərindən piar aparılması cəhdlərinin ləyaqətsiz və qəbulediməz olduğun hesab edirik”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?