Yeni Orleanda baş verən terror aktından zərərçəkənlər şəhər hakimiyyətinə və iki podratçıya qarşı iddia qaldırıblar.
GundemXeber.Az xarici mediaya istinadla məlumat verir ki, zərərçəkənlər onları izdihamın üstünə avtomobil sürülərkən piyadaların təhlükəsizliyinin təmin etməməkdə günahlandırıblar.
"Zərərçəkənlərin yaxınları ötən gün Yeni Orlean administrasiyası və iki podratçıya qarşı iddia qaldırıblar. İddiada bildirilir ki, onlar insanları qoruya bilməyiblər", - agentlik vurğulayıb.
İddiaya görə, Yeni Orlean hakimiyyətinin ictimai təhlükəsizliyin artırılması ilə bağlı layihələrə 40 milyon dollar məbləğində sərmayə qoymasına və Burbon-stritdə avtomobillərin hərəkətinə mane olan xüsusi dirəklər almasına baxmayaraq, terror aktının baş verdiyi ərazidə təhlükəsizliklə bağlı problemlər qeydə alınıb.
Xatırladaq ki, yanvarın 1-də Yeni Orleanda avtomobillə insan izdihamına edilən hücumda 15 nəfər ölüb, 30-dan çox insan yaralanıb. İnsanlarla toqquşmadan sonra şübhəli şəxs ətrafa atəş açmağa başlayıb. Polis cavab atəşi açaraq cinayətkarı güllələyib.
Sorğu
Yeni dizaynımız necədir?