Kaliforniyanın Los Anceles şəhərində meşə yanğınları davam edir, hava şəraiti isə onların qarşısının alınmasına heç də kömək etmir. Küləklər yenidən sürətlənməyə başlayır.
Kaliforniya qubarnatoru Qavin Nyusom bazar günü bildirib ki, Los Ancelesdə baş qaldıran meşə yanğınları Amerika Birləşmiş Ştatlarında ən pis təbii fəlakətlərdən biri kimi tarixə düşəcək.
“Onunla əlaqədar xərclər və onun miyqası baxımından,” o deyib.
O bildirib ki, yanğınları söndürmək üçün heç bir resursu əsirgəməyiblər.
“Hazıda 14 min yanğınsöndürən işləyir. Biz Milli Qvardiyanın sayını ikiqat artırmışıq. Logistika tərəfində də 16180 nəfər işləyir,” Nyusom bildirib.
ABŞ-ın bir neçə ştatı, və hətta Meksika daxil olmaqla bəzi ölkələr yanğınları nəzarət atlına almağa kömək etmək üçün Kaliforniyaya komandalar göndərib.
Prezident Co Bayden Konqresi Kaliforniyaya bərpa olmağa yardım etmək üçün lazım olan hər şeyi etməyə çağırıb.
Respublikaçı nümayəndə Tom Emmer bazar günü ABC kanalında yayımlanan “This Week Show” verilişində bu məsələni şərh edib.
“Dekabr ayında, biz getmədən öncə 118-ci konqres Amerika Yardım Aktını qəbul etdi ki, bu da FEMA-ya təkcə Mlton və Helen kimi qasırğalarla mübarizə aparmağa deyil, həm də bu cür vəziyyətlər üçün milyardlarla dollar pul verdi,” o deyib.
Ancaq çox sayda resursun səfərbər olunmasına rəğmən, problem çox böyükdür, təhlükə isə hələ də davam edir.
“Yenidən qırmızı bayraq xəbərdarlığı verilib, küləklər qayıdır və biz hələ də insanların təhlükəsiz yerlərdə olduğundan əmin olmalıyıq,” Federal Fövqəladə Halların İdarəolunması Agentliyinin administratoru Dian Krisvel deyib.
Demokrat senator Adam Şiff deyir ki, bərpa yolu uzun olacaq və Kaliforniyanın yanvarın 20-də vəzifəyə gələcək yeni Tramp administrasiyasının dəstəyinə ehtiyacı olacaq.
“Qarşıdan gələn prezident vəzifəsinin icrasına başladığı zaman hələ də yanğın davam edərsə, onun bu alovları söndürmək üçün ehtiyacımız olan resursları almağımızı, bizim yenidən ayağa qalxmağımız üçün yardım almağımızı təmin etmək üçün Kaliforniyada bizim hamımızla işəməsi çox vacib olacaq,” o deyib.
Şiff əlavə edib ki, o, yanğının söndürülməsinin aktuallığı keçdikdən sonra meşə yanğınlarına cavabın müstəqil şəkildə nəzərdən keçirilməsini dəstəkləyəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?