ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayacağı ilk günlərdə Co Bayden administrasiyası tərəfindən neft və qaz hasilatına qoyulan məhdudiyyətləri və sərt avtomobil tullantıları standartlarını geri götürmək prosesinə başlamaq niyyətindədir. Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, Tramp qurumlara federal torpaqlarda və sahil zonalarında qazma işlərinə qoyulan qadağalara yenidən baxmağı, həmçinin mayeləşdirilmiş təbii qazın ixracı üzrə yeni layihələrin təsdiqinə qoyulmuş moratoriumun ləğvini tapşıracaq. Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?