İran Prezidenti Həsən Ruhani ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi sanksiyalar olmasa ölkədə vaksinasiya proqramına daha erkən başlanıla biləcəyini söyləyib.
Bu barədə “Haber Global” məlumat yayıb.
“Sanksiyalar, əngəllər və peyvəndin alınması ilə bağlı terrorçu Tramp administrasiyasının məhdudiyyətləri olmasaydı, vaksinasiya daha erkən başlaya bilərdi. Bu, ABŞ-ın İran xalqına qarşı törətdiyi bir cinayətdir. “, - deyə H.Ruhani bildirib.
O qeyd edib ki, əngəllərə və məhdudiyyətlərə baxmayaraq peyvəndin alınması ilə bağlı addımlar atılıb və Səhiyyə Nazirliyinin təsdiqlədiyi peyvəndin ilk partiyası növbəti həftələrdə ölkəyə gətiriləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?