Gundemxeber.az » Dünya » ABŞ vətəndaşlığının alınması ilə bağlı qaydalar dəyişdirildi
ABŞ Prezidenti Donald Tramp doğum hüququ əsasında ölkə vətəndaşlığının alınmasını məhdudlaşdıran fərman imzalayıb.
Gundemxeber.az-ın xəbərinə görə, bu barədə CNN telekanalı xəbərlər bülleteninə istinadən məlumat verib.
Məlumata görə, ABŞ dünyada belə qaydaların qüvvədə olduğu yeganə ölkədir.
Fərman federal qurumlara adətən ABŞ vətəndaşlarına təqdim olunan bəzi sənədləri verməyi qadağan edir.
Fərman qəbul olunduğu tarixdən 30 gün ərzində doğulan uşaqlara valideynləri ABŞ-də qeyri-qanuni olduğu, eləcə də ananın ölkədə müvəqqəti, məsələn, viza əsasında qaldığı və ya atanın ABŞ vətəndaşı olmadığı hallarda şamil ediləcək.
Miqrasiya məsələlərində sərt mövqe tutulmasının bəzi tərəfdarları hesab edirlər ki, qeyri-qanuni mühacirlərin övladları ABŞ yurisdiksiyasına tabe deyillər və konstitusiyaya əsasən vətəndaş hesab edilməməlidirlər.
Gundemxeber.az
5-02-2017, 14:24
23-04-2020, 10:38
29-01-2017, 21:01
2-02-2017, 23:00
30-03-2017, 16:29
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?