GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Zelenskinin istefası zaman məsələsidir

Zelenskinin istefası zaman məsələsidir

Tarix: 21-01-2025, 23:32 Bölmə :Dünya Baxış: 205

Trampın qarşıdakı zamanda onunla anlaşıb davam etmək deyil, anlaşıb yollarını ayırmaları daha ağlabatan görünür, çünki…

Ağıllıca düşünsən, Tramp işinin başına keçəndən sonra Ukrayna prezidenti kimi səlahiyyəti hələ ötən ilin mayında başa çatan Zelenskinin hətta nə qədər gec deyil, vəzifəsindən kənarlaşması, uzaqlaşması lazımdır. Bunu necə edə bilər, variantlar müxtəlifdir. Sonuncu müsahibələrinin birində məsələn, çox yorulduğunu demişdi. Aydındır ki, savaşı yarıda tərk etmək anlaşılmaz, hətta bağışlanılmaz da. Amma hansı variantda bu postu tərk etsən, söz-söhbətsiz ötüşməyəcək, məğlubiyyətin bədəlini ödəməli olacaqsan. Zelenskinin daha bir həyatı nə vaxtsa hakimiyyətdən gedəndən sonra başlayacaq. Kim nə deyəcək, kim nə edəcək, onu yaşayıb görmək lazımdır…

Zelenski Trampın ilk prezidentlik dönəminin sonunda(2019) Ukraynada hakimiyyətə gəlsə də, onun projesi deyil. Hətta Tramp Zelenskidən Baydenin (2020-ci il seçkisindəki rəqibi) oğlunun Ukraynadakı şirkəti ilə bağlı araşdırma aparmağı xahiş etmiş, amma prezident bundan imtina etmiş, yəni tərəfini seçmişdi. Bunu hamı bilir. 

p0c40wsx.jpg (87 KB)

Trampın şouya marağı olsa da, Zelenski onun tipi deyil. Ona görə qarşıdakı zamanda anlaşıb davam etməkləri deyil, anlaşıb yollarını ayırmaları daha ağlabatan görünür. Çünki belə güman etmək olar ki, Trampın ABŞ-ın xarici yardımların 90 gün müddətinə durdurulması qərarının ardınca, Bayden hakimiyyətinin büdcədən dağıtdığı pulların araşdırmasını edəcək. Bu pulların isə sovurulduğu və ya mənimsənildiyi məkan Ukraynadır. Tramp əlbəttə ki, onun reputasiyasını məhkəmə işləri ilə korlamağa çalışan, prokurorlarına barəsində həbs qərarı çıxardan Baydendən qisasını alacaq. Bayden hakimiyyətinin isə ən “yumşaq yeri” Ukrayna müharibəsinə ayrılan milyardlardır. Ona görə bu araşdırmanın bir ucunda Bayden komandası olacaqsa, o biri ucu mütləq Zelenskiyə bağlanacaq, başqa variant mümkün deyil. Bu milyardları əlbəttə tək Bayden komandasının ayağına yazmaq mümkün deyil. Yəqin ki, Amerikanın hərbi sənaye şirkətləri, müharibə lobbiçilər, silah düccarları, maliyyə məmurları da Ukrayna savaşından hərəyə bir neçə milyon qazanıblar. Trampı amerikalıların vergi pullarının hara xərcləndiyi az maraqlandırır, başqa zaman bəlkə də bunu açıb ağartmazdır. Fəqət Bayden haimyyəti onu çox incidib, Tramp isə dəvə kini ilə çətin ki, onu bağışlamaq istəyində olsun. 

Screenshot_2.png (823 KB)

Zelenskinin hakimiyyətdən çəkilməsi sadəcə zaman məsələsi də ola bilər. Tramp Rusiya prezidenti Putinlə danışıqlarda həvəslidir, görünür, əvvəl telefonda bir-birlərinin “ağzına arayacaqlar”, sonra isə hansısa neytral ölkədə üzbəüz danışıqlara razılaşacaqlar. Zelenski Putinlə danışıqların olmaması üçün əvvəldən hər şeyi edib. Putinlə masaya oturmayacağı haqda hətta qanun da qəbul edib. Putin də məhz onunla masaya oturmamaq niyyətindədir. Son aylar bir neçə dəfə açıq bəyan edib ki, Zelenskini legitim prezident hesab etmir, danışıqlar, dövlət adına hansısa sənəd imzalamaq yetkisili Ukrayna Radasının sədrinə məxsusdur, çünki ölkə konstitusiyası da bunu tələb edir. Yəni Putin və Zelenskinin bir masaya oturması imkansız görünür. Ona görə Tramp Zelenskinin ön planda və ya ümumiyyətlə, olmadığı hansısa keçici hakimiyyəti və ya müvəqqəti hökumətin yaradılmasını dəstəkləyə bilər.

Zelenski Bayden hakimiyyəti dövründə özünü ərköyün kimi aparırdı, “silah verin, pul verin” deməkdən çəkinmirdi, son müsahibəsində ümumiyyətlə, “ana söyüncü” ilə danışması isə qəbuledilməz davranış idi. Bu ərköyünlüklərin Trampa münasibətdə edə biləcəyi real görünmür. Bayden çox yumşaq, Tramp isə sərt və ya “çərt qoz”dur. 

Screenshot_3.png (864 KB)

Zelenski ilə davam etməyin mümkünsüzlüyünü ukraynalı siyasətçilər də duyuq düşüb. Trampın qələbəsindən sonra bəzi siyasətçilər internetin Ukrayna seqmetində fəallaşıblar, Ağ Evin yeni hökumətinin diqqətini cəlb etmək üçün yarışırlar. Məsələn, keçmiş baş nazir Yuliya Timoşenko Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun Parisdə iştirak etdiyi tədbirdə gözlənilmədən İranı tənqid atəşinə tutdu. Ukraynalı blogerlər bunu Timoşenkonun ABŞ-ın yeni administrasiyasını uğursuz sevindirmək cəhdi kimi tənqid ediblər. ABŞ-ın Demokratik Partiyası ilə yaxınlıqları olan, Trampı hətta “torpaqqurdu” adlandıran ukraynalı siyasətçilər Arseni Yatsenyuk, Arsen Avakov, Aleksandr Turçinov və Serqey Leşenko isə ötən ilin sonundan etibarən yazdıqları postları silməklə özlərini “təmizə çıxarmağa” çalışıblar. Yəni Ukraynada da post-Zelenski dövrünə hazırlıq var. İndi Zelenski bu barədə nə düşünür, nə qərar verə bilər, bunu proqnozlaşdırmaq çətindir. Amma hər şeyin daha əskisi kimi olmayacağı o qədər bəllidir ki...

2014-cü ildə Demokratların lideri Obama hakimiyyətdə olanda Ukrayna Krım və Sevastopolu, başqa bir demokratın dövründə isə Donbası itirmək üzrədir. Zelenski bunun sirrini bilirmi?/musavat.com/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zelenskinin müşaviri: “Çox istəyirik ki, Ali Radada azərbaycanlılar da təmsil olunsun” - EKSKLÜZİV

    Zelenskinin müşaviri: “Çox istəyirik ki, Ali ...

    29-05-2019, 11:27

  • 
  • Zelenski Trampın onu şantaj etmədiyini deyir

    Zelenski Trampın onu şantaj etmədiyini deyir ...

    11-10-2019, 11:57

  • 
  • Poroşenkodan Zelenskiyə: “Ukrayna otel deyil!”

    Poroşenkodan Zelenskiyə: “Ukrayna otel deyil!” ...

    11-05-2019, 12:00

  • 
  • Zelenskinin andiçməsinə gedəcək 5 prezident bəlli olub

    Zelenskinin andiçməsinə gedəcək 5 prezident bəlli ...

    18-05-2019, 14:10

  • 
  • İlham Əliyevin və Vladimir Zelenskinin təkbətək görüşü olub

    İlham Əliyevin və Vladimir Zelenskinin təkbətək ...

    17-12-2019, 11:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu