Gundemxeber.az » Dünya » Moskva prokurorluğu terrora çağırış edən erməni blogerə qarşı HƏRƏKƏTƏ KEÇDİ
Moskva prokurorluğu erməni əsilli rusiyalı bloger Arsen Markaryan haqqında cinayət təqibi başlatmaq üçün müraciət edib.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, səbəb Markaryanın YouTube platformasında yayımlanan müsahibəsi olub.
Prokurorluq əməkdaşlarının fikrincə, bloger Rusiyada və onun vətəndaşlarına qarşı pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktları törədilməsinə açıq şəkildə çağırış edib.
"Prokurorluğun yoxlama materialları Markaryanın cinayət məsuliyyətinə cəlb olunması məsələsinin həlli üçün istintaq orqanına göndərilib", – qurumun rəsmi Telegram kanalında bildirilib.
Bloger bu çağırışları daha sonra eyni videoplatformada yayımlanan canlı yayım zamanı da təkrarlayıb.
Qeyd edək ki, Arsen Markaryan özünü sosial şəbəkələrdə infobiznesmen kimi təqdim edir. O, populyar şəxslərlə video və podkastlar yayımlayır. Bununla belə, o, internetdə əsasən qadınlarla bağlı qalmaqallı açıqlamaları ilə tanınıb.
Gundemxeber.az
7-12-2018, 15:08
17-09-2020, 22:14
15-10-2020, 12:33
15-12-2017, 17:40
12-01-2019, 11:30
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?