Gundemxeber.az » Dünya » Çin ABŞ məhsullarına yeni rüsumlar tətbiq edir
Çin Xalq Respublikasının Dövlət Şurası 2025-ci il fevralın 10-dan etibarən ABŞ enerji resurslarının idxalına rüsumlar tətbiq edir. Neftə 10%, kömür və maye qaza isə 15% həcmində rüsum tətbiq ediləcək.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dövlət Şurasının fərmanında deyilir.
Bundan başqa, Amerikanın çoxlitrajlı avtomobillərinə, pikap avtomobillərinə və kənd təsərrüfatı texnikalarına 10% rüsum tətbiq ediləcək.
Qeyd edək ki, keçən həftə ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çindən malların idxalına əlavə rüsumlar tətbiq edən fərman imzalayıb. Çin üçün rüsumlar 10%, Kanada və Meksika üçün 25% təşkil edir.
Gundemxeber.az
31-05-2018, 14:12
Dünən, 14:24
28-08-2024, 19:56
21-07-2018, 12:09
7-04-2018, 06:25
Sorğu
Yeni dizaynımız necədir?