ABŞ Dövlət Departamentinin məlumatına görə, Panama hakimiyyəti ABŞ-a məxsus gəmilər üçün Panama kanalından keçid rüsumunu ləğv edib.
"Dövlətə məxsus gəmilər artıq Panama kanalından ödənişsiz keçə biləcək. Bu isə ABŞ hökumətinə hər il milyonlarla dollar qənaət etməyə imkan verəcək", – deyə qurumun sosial şəbəkə hesabında bildirilir.
Gundemxeber.az xəbər verir ki, Panama Kanalının rəhbərliyi bu iddianı təkzib edib.
"ABŞ Dövlət Departamenti tərəfindən yayılan məlumata cavab olaraq bildiririk ki, Panama Kanalı rəhbərliyi keçid rüsumları və digər ödənişlərlə bağlı heç bir dəyişiklik etməyib", – deyə qurumun bəyanatında qeyd olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?