Panama hakimiyyəti keçmiş diktator, 1989-cü ildə ABŞ hərbçiləri tərəfindən hakimiyyətdən devrilən Manuel Noryeqanın öldüyünü açıqlayıb.
törətdiyi cinayətlərə görə ölkəsində həbsxanada saxlanılırdı.
Noryeqa siyasi opponentlərinin qətli, korrupsuya və hakimiyyətdən sui-istifadədə təqsirli bilinib.
Frans press agentliyinin məlumatına görə, bu yaxınlardao cərrahiyyə əməliyyatı keçirib və beynindəki şiş götürülüb.
1983-cü ildə hakimiyyətə gələn Noryeqa ABŞ-ın müttəfiqi hesab olunurdu, ancaq 80-ci illərin sonunda ölkəsin kolumbiya kokaini üçün keçid məntəqəsinə çevirdi.
1989-cu ilin sonunda Just Cause əməliyyatı nəticəsində Noryeqa amerikalı hərbçiləri tərəfindən həbs edilib və ABŞ-a aparılıb. 3 il sonra Floriada narkotik ticarətində iştiraka görə 30 il həbs cəzası alıb.
2008-ci ildə Noryeqa vaxtından əvvəl həbsdən azad edilib, ancaq həbsxanada Fransaya ekstradisiya edilməsini gözləyib. 1999-cu ildə Fransa məhkəməsi narkotik ticarətinə və çirkli pulların yuyulmasına görə qiyabi olaraq onu 10 il həbs cəzasına məhkum edib.
2011-ci ildə Noryeqa Panamaya ekstradisiya edilib.
Panama məhkəməsi 1995-ci ildə Noryeqanı qiyabi olaraq 20 il həbs cəzaına məhkum edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?