Gundemxeber.az » Dünya » Tramp Qəzzanı nəzarətə alacağına dair sözünü təkrarlayıb
ABŞ prezidenti Donald Tramp Qəzzaya nəzarəti ələ keçirmək vədini təkrarladığı bir vaxtda kövrək atəşkəsi uzatmaq üçün İsrail və HƏMAS-a təzyiqlər artıb.
Birləşmiş Millətlər Təşkilatının rəsmisi bildirib ki, atəşkəs başlayandan bəri 12600-dən çox yardım maşını anklava daxil olub, aclığın böyük ölçüdə qarşısı alınıb. Lakin o, atəşkəs uzadılmasa, aclıq təhlükəsinin geri qayıda biləcəyini deyib.
"Şərait hələ də dəhşətlidir və insanlar hələ də acdırlar. Əgər atəşkəs pozularsa, atəşkəs pozulsa, çox tez [aclığa bənzər] şərtlər yenidən geri qayıdacaq”, Humanitar yardım rəhbəri Tom Fletçer Qəzzaya iki günlük səfərindən sonra Associated Press agentliyinə deyib.
Super Bowl matçına gedərkən Air Force One təyyarəsində Tramp jurnalistlərə HƏMAS-ın azad etdiyi arıq girovları gördükdən sonra vəziyyətlə bağlı səbrini itirdiyini deyib.
“Mən bu gün girovların geri qayıtmasını izlədim və onlar Holokostdan sağ çıxanlara bənzəyirdilər. Onlar dəhşətli vəziyyətdə idilər. Onlar arıqlamışdılar. Uzun illər əvvəl Holokostdan sağ çıxanlar kimi görünürdülər və mən buna nə qədər tab gətirə biləcəyimizi bilmirəm”, o deyib.
O, ABŞ-ın Qəzzanı nəzarəti götürəcəyinə və fələstinlilərin köçürüləcəyinə dair dediklərini bir daha təkrarlayıb.
“Mən Qəzzanı nəzarətə almaq və ona sahib olmaqda qərarlıyam. Onun yenidən qurulmasına gəldikdə, biz onun hissələrini tikmək üçün Yaxın Şərqdəki digər dövlətlərə də verə bilərik. Digər insanlar bunu bizim himayəmiz vasitəsilə edə bilər. Lakin biz ona sahib olmağa, nəzarətə götürməyə və HƏMAS-ın geri gəlməyəcə əmin olmağa sadiqik. Geriyə köçmək üçün heç nə yoxdur. Ora dağıntı yeridir. Qalanlar da söküləcək”, o bildirib.
Bazar günü Qəzzada atəşkəsdə yeni mərhələyə nail olunub, İsrail əsgərləri ərazini ikiyə bölən dar bir torpaq zolağı olan Netzarim dəhlizindən geri çəkilib. Bu, daha çox fələstinlinin vaxtilə yaşadıqları şimal sektoruna qayıtmasına imkan verib, lakin 15 aylıq döyüşlər nəticəsində torpaqların çox hissəsi viran qalıb.
HƏMAS-ın sözçüsü Abdel Latif Al-Qanua deyib ki, geri çəkilmə HƏMAS-ın “düşməni bizim tələblərimizə tabe olmağa məcbur etdiyini” göstərdi və İsrailin baş naziri Binyamin “Netanyahunun tam qələbəyə nail olmaq illüziyasını” boşa çıxarıb.
İsrail rəsmiləri neçə əsgərin geri çəkildiyini və hara getdiyini açıqlamayıb. Qoşunlar hazırda Qəzzanın İsrail və Misirlə sərhədləri boyunca qalır və martın əvvəlinə qədər uzanan 42 günlük ilkin atəşkəsin sonrakı mərhələsində qoşunların tam çıxarılması ilə bağlı danışıqlar aparılacağı gözlənilir.
Gundemxeber.az
24-07-2014, 14:11
4-04-2018, 11:11
16-10-2023, 20:13
27-10-2023, 21:39
7-12-2017, 11:24
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?