Gundemxeber.az » Dünya » Ukrayna Münhen Konfransında Rusiya ilə danışıqlar aparmayacaq
Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Dmitri Litvin Ukraynanın Münhen Təhlükəsizlik Konfransında Rusiya ilə danışıqlar aparmayacağını bəyan edib.
"Ukraynanın mövqeyi dəyişməz olaraq qalır. Ukrayna əvvəlcə Amerika ilə danışmalıdır. Avropa isə uzunmüddətli və real sülh üçün hər hansı ciddi müzakirələrin iştirakçısı olmalıdır", – deyə Litvin jurnalistlərə açıqlamasında bildirib.
Gundemxeber.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya ilə danışıqlar yalnız Qərbin ortaq mövqeyi formalaşdıqdan sonra mümkündür: "Ruslarla boş masa arxasında görüşmək olmaz. Hazırda heç bir razılaşdırılmış mövqe yoxdur, buna görə də Münhendə Rusiya ilə heç bir danışıqlar nəzərdə tutulmur".
Bu açıqlama Ukraynanın Rusiya ilə birbaşa danışıqlar aparmaqdan hələ də imtina etdiyini və müzakirələrin yalnız Qərbin iştirakı ilə mümkün olduğunu göstərir.
Gundemxeber.az
21-08-2017, 14:53
4-07-2019, 10:30
12-11-2017, 13:52
17-05-2022, 17:58
9-04-2016, 14:31
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?