Gundemxeber.az » Dünya » Avropa İttifaqı: Prezident Putin və Rusiya hakimiyyəti Navalnının ölümündə “son məsuliyyəti” daşıyır
Avropa İttifaqı (Aİ) rusiyalı mərhum müxalif lideri Aleksey Navalnının ölümündən “son məsuliyyəti” Prezident Putin və Rusiya hakimiyyətinin daşıdığını vurğulayıb.
Navalnının ölümünün bir illiyi ilə əlaqədar fevralın 16-da bəyanat yayan İttifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Navalnının “azad və demokratik Rusiya üçün canını verdiyini” deyib və Kremli repressiyalara son qoymağa çağırıb.
“Bu gün Rusiya müxalifətinin lideri, siyasətçi Aleksey Navalnının vəfatından bir il ötür, buna görə Prezident Putin və Rusiya hakimiyyəti son məsuliyyəti daşıyır”, Kallas Aİ adından yaydığı bəyanatda vurğulayıb.
Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Kallas əlavə edib ki, Rusiya Ukraynaya qarşı qeyri-qanuni işğalçılıq müharibəsini gücləndirdikcə, demokratiya tərəfdarlarını hədəfə alan daxili repressiyalarını da davam etdirir.
“Bu gün onun vəkilləri yüzlərlə siyasi məhbusla birlikdə haqsız yerə həbsdə qalırlar. Rusiya Aleksey Navalnının vəkillərini və bütün siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməlidir”, bəyanatda vurğulanır.
Bazar günü Almaniya Kansleri Olaf Şolts da Navalnının ölümünün ildönümünü yad edərək onun cəsarətinin ölümündən sonra da təsirini davam etdirdiyini deyib.
“Aleksey Navalnı Rusiyada demokratiya və azadlığın müdafiəsinə qalxdığına görə bir il əvvəl bu gün öldü. Putin azadlıq və onun müdafiəçiləri ilə qəddarcasına mübarizə aparır. Navalnının fəaliyyəti isə daha cəsarətli idi. Onun cəsarəti bir fərq yaratdı və təsiri ölümündən sonra da davam edir”, Olaf Şolts “X” səhifəsində yazıb.
Putin hakimiyyətinin sərt tənqidçisi Aleksey Navalnı 2024-cü il fevralın 16-da Rusiyanın ucqar Arktika bölgəsindəki xüsusi rejimli islah koloniyasında həyatını itirib.
Navalnının yaxınları və tərəfdarları, habelə Qərb rəsmiləri onun ölümündə Kremli günahlandırıb, rusiyalı rəsmilər isə heç bir zorakılığa yol verilmədiyini, ittihamların “tamamilə qəbuledilməz” olduğunu vurğulayıblar.
Bu ilin yanvar ayında Navalnını müdafiə edən üç vəkil – Vadim Kobzev, Aleksey Liptser və İqor Serqunin müxalifət liderinin mesajlarını həbsxanadan xaricə çatdırmaqda və bununla da “ekstremist təşkilatda” iştirakda təqsirli bilinərək müvafiq olaraq 5,5 il, 5 il və 3,5 il həbsə məhkum ediliblər.
6-01-2018, 18:44
11-02-2016, 21:33
19-02-2021, 13:19
16-08-2021, 16:54
12-02-2021, 13:03
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?