Gundemxeber.az » Dünya » Ukrayna kəşfiyyatı: Voronejdə iki Rusiya kompleksi məhv edilib
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Federasiyasının Voronej şəhərində iki bahalı radio-elektron mübarizə kompleksinin məhv edildiyini açıqlayıb.
GUNDEMXEBER.AZ xəbər verir ki, məlumata görə, 27-dən 28 yanvara keçən gecə "R-330J "Jitel" kompleksləri yanğın nəticəsində sıradan çıxıb. Bildirilir ki, həmin sistemlər məhz bu texnikanın istehsal edildiyi "Protek" zavodunda yerləşirdi.
"Rusiya bu kompleksləri Ukraynaya qarşı aparılan cinayətkar müharibə üçün döyüş zonasına göndərməyi planlaşdırırdı, lakin Voronejdə baş verən yanğın onların hər ikisini məhv etdi", – deyə GUR-un məlumatında bildirilir.
Hadisənin başvermə səbəbləri barədə rəsmi açıqlama verilməyib.
GUNDEMXEBER.AZ
16-06-2017, 11:53
20-04-2017, 16:48
1-03-2016, 18:41
3-01-2015, 22:58
26-10-2020, 15:45
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?