Ağ Ev rəhbəri Donald Tramp ABŞ-nin keçmiş prezidenti Co Baydenin bütün müttəfiqlərini uzaqlaşdırmağa davam edir. O, Ədliyyə Nazirliyinə yeni göstəriş verib. Tezliklə "Bayden dövrü"ndən vəzifədə qalan bütün federal prokurorlar vəzifədən azad ediləcəklər.
Donald Tramp bu bəyanatı öz sosial şəbəkəsindəki səhifəsində verib.
"Ədliyyə Nazirliyində də qayda yaratmaq vaxtı çatıb. Amerika vətəndaşlarının bu quruma inamı çoxdan itirilib", - deyə o paylaşımında bildirib.
Prezident ölkədə ədalətli məhkəmə sisteminin bərpasının vacibliyini vurğulayıb və qeyd edib ki, bu sistemin islahatı artıq bu gündən başlayır.
"Son dörd il ərzində ABŞ Ədliyyə Nazirliyi əvvəllər heç vaxt olmadığı qədər siyasiləşdirilib. Buna görə də mən Bayden dövrünün qalan bütün federal prokurorlarının işdən çıxarılması barədə göstəriş vermişəm", - deyə Donald Tramp yazıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?