Gundemxeber.az » Dünya » AZAL təyyarəsinin qəzası üzrə hesabat nə vaxt tamamlanacaq? - AÇIQLANDI
"Qazaxıstan hökuməti Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzasının səbəbləri haqqında yekun hesabatı 2025-ci ilin dekabrına qədər tamamlamalıdır".
Gundemxeber.Az-ın xarici mediaya istinadla verdiyi məlumata görə, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev brifinqdə bildirib.
O qeyd edib ki, ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı - red.) tələblərinə və tövsiyə olunan təcrübə standartlarına əsasən araşdırma müddəti bir ildir.
"Müvafiq olaraq, cari ilin dekabrına qədər Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının araşdırılması üzrə yekun hesabat tamamlanmalıdır", - deyə Lastayev təyyarə qəzasının araşdırılması müddəti ilə bağlı suala cavab verib.
Gundemxeber.Az
5-02-2025, 14:04
24-01-2025, 20:15
10-01-2020, 10:20
26-12-2024, 13:54
5-02-2025, 15:40
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?