ABŞ-ın Nəqliyyatında Təhlükəsizlik üzrə Milli Şurası Ukrayna təyyarəsinin qəzaya uğraması səbəblərinin araşdırılmasında iştirak üçün İrandan bildiriş alıb və nümayəndə ayırıb.
Bu barədə RİA “Novosti” agentliyində daxil olmuş bəyanatda deyilir.
Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura "Ukrayna Beynəlxalq Hava Yolları" şirkətinin PS752 reysinin qəzaya uğraması ilə bağlı İranın Mülki Aviasiyası Təşkilatının Aviasiya Hadisələrinin Araşdırılmaları üzrə Şurasından rəsmi xəbərdarlıq alıb. Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura Mülki Aviasiya Beynəlxalq İdarəsinin proqramına uyğun olaraq qəzanın araşdırılması üçün nümayəndəni seçdi”, - sənəddə bildirilir.
Qeyd edilir ki, İran araşdırmada əsas rolu oynayır. Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurabununla əlaqədar olaraq hadisənin başvermə səbəbləri ilə bağlı spekulyasiya etməyəcək və bütün sualları İran tərəfinə ünvanlamağı xahiş edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?