Türkiyədə polisin reallaşdırdığı rüşvət və korrupsuya əməliyyatı artıq İrana da sıçramağa başlayıb. Belə ki, İran mətbuatı prezident Həsən Ruhaninin göstərişiylə hüquq-mühafizə orqanlarının araşdırmalara başladığınə bildirir. Bu araşdırmaların hədəfinə çevrilən işadamlarının sırasında adı Türkiyədə həbs edilmiş Rza Zərrabla ortaqlıqda hallandırılan İranın ən zəngin şəxslərindən olan Babək Zəncani də yer alır.
Müsavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi ilkin məlumatlara görə, Babək Zəncani və digər iranlı işadamları İrana qarşı beynəlxalq sansiyalardan faydalanaraq haqsız qazanc əldə etməkdə suçlanırlar. Bu hüquqi araşdırmanı şəxsən nəzarətinə alan prezident H.Ruhaninin öz köməkçisi İ.Cahangiriyə göndərdiyi məktubda, İrana qarşı beynəlxalq sanksiyaların təsirinin zəiflədilməsi üçün bəzi işadamlarına tanınmış xüsusi iqtisadi imtiyazlardan şəxsi məqsədlər üçün sui-istifadə edib zənginləşənlərin mütləq və təcili cəzalandırılmalı olduqları vurğulanıb.
Türkiyədə həbs olunan Rza Zərrabın İrandakı iş ortağı olduğu bildirilən Babək Zəncaninin 39 yaşı var. İran hökumətinin beynəlxalq sansiyalardan sonra digər işadamları kimi, ona da neft və təbii qazın satışı ilə bağlı xüsusi iqtisadi imtiyazlar tanıdığı bildirilir. İddailara görə, Babək Zəncani öz iş ortağı Rza Zərrab vasitəsilə Türkiyəyə külçə qızıl qarşılığında neft və təbii qaz sataraq, 14 milyard dollara yaxın sərvətə sahiblənib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?