Gundemxeber.az » Dünya » ABŞ Maliyyə Naziri: Zelenskinin imzalamadığı müqavilə Trampın müharibəni bitirmək planının əsası olardı
ABŞ Maliyyə Nazirliyinin rəsmisi Skott Bessent Bloomberg-ə verdiyi müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin 500 milyard dollarlıq nadir metallar müqaviləsini imzalamadığını bildirib.
Gundemxeber,az xəbər verir ki, onun sözlərinə görə, bu razılaşma ABŞ-ın Ukrayna ilə iqtisadi əlaqələrini gücləndirəcək və keçmiş prezident Donald Trampın müharibəni dayandırmaq üçün nəzərdə tutduğu “elegant planın” əsasını təşkil edəcəkdi.
Bessent bildirib ki, Münhen Təhlükəsizlik Konfransından öncə Zelenski bu müqaviləni imzalayacağına söz verib, lakin hələ ki, sənədə qol çəkməyib.
“Plan belə idi: Ukraynanı ABŞ-a iqtisadi cəhətdən yaxınlaşdırmaq, Amerikan xalqını və ictimai rəyini Ukraynanın tərəfinə çəkmək və sonra Rusiyaya danışıqlara oturmaq üçün ciddi bir mesaj vermək. Bu mesaj ondan ibarət olacaqdı ki, lazım gələrsə, ABŞ sanksiyaları aradan qaldıracaq. ABŞ-ın Ukraynada daha böyük iqtisadi maraqları olduğu halda, bu, həm də təhlükəsizlik üçün bir sipər rolunu oynayacaqdı,” – deyə Bessent vurğulayıb.
Rəsmi Kiyev məsələ ilə bağlı hələ açıqlama verməyib
Gundemxeber,az
26-09-2024, 20:19
26-01-2018, 21:55
27-01-2018, 12:45
21-11-2019, 11:28
22-09-2016, 13:19
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?