ABŞ-ın vitse-prezidenti Co Bayden Ukrayna hökumətinə iqtisadi və siyasi islahatların keçirilməsi ilə bağlı xəbərdarlıq edib.
gundemxeber.az azvision.az-a istinadən bildirir ki, Baydenin fikrincə, Avropa Birliyi tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ləğv oluna bilər: "Biz bilirik ki, əgər Ukrayna Avropa Birliyinə bəhanə versə, ən azından, beş ölkə adının rəsmi Moskvaya qarşı tətbiq edilən sanksiyaların siyahısından çıxarılmasını tələb edəcək".
Lakin Bayden konkret olaraq bu ölkələrin adını çəkməyib.
O, eyni zamanda hər həftə Ukrayna hökumətinin nümayəndələri ilə ölkədə islahatların keçirilməsi ilə bağlı mütəmadi telefon əlaqəsi saxladığını, Almaniya, İtaliya və Fransanın siyasi sanksiyalara etimad göstərməsi barədə danışıqlar apardığını da etiraf edib.
Qeyd edək ki, bundan öncə Slovakiyanın baş naziri Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yalnız ABŞ-ın xeyrinə işlədiyini bildirmişdi: "Bu sanksiyalar Avropa İttifaqına ziyandan başqa heç nə vermir", -deyə o əlavə etmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?