ABŞ-ın Maliyyə Departamenti bildirib ki, Tehranın “kölgə donanması”nın bir hissəsi kimi İranın neftlə əlaqədar məhsullarının satışı və daşınmasında oynadıqları rola görə 30-dan çox insan və gəmiyə sanksiya tətbiq edib.
Departament bildirib ki, sanksiyalar Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Honq-Konqdakı neft brokerlərini, Hindistan və Çindəki tanker operatorları və menecerləri, İran Milli Neft Şirkətinin rəhbəri və İran Neft Terminalları Şirkətini hədəf alır.
Departamentin bəyanatında deyilir ki, sanksiya tətbiq edilən gəmilər yüz milyonlarla dollar dəyərində olan on milyonlarla barel xam neft daşıyır.
“İran öz neft satışlarını asanlaşdırmaq və sabitliyi pozan fəaliyyətlərini maliyyələşdirmək üçün gəmilər, yükgöndərənlər və brokerlərdən ibarət kölgə şəbəkəsinə etibar etməkdə davam edir,” maliyyə naziri Skott Bessent bildirib.
Bu sanskiyalar, Bayden administrasiyasının tətbiq etdiyi sanksiyalara əlavədir.
Bu cür sanksiyalar İran iqtisadiyyatının əsas sektorlarını hədəf alaraq, hökuməti nüvə və raket proqramları üçün maliyədən məhrum etməyi nəzərdə tutur. Görülən tədbir adətən ABŞ-ın hər hansı fiziki şəxs və ya qurumunun hədəflərlə hər hansı bir iş görməsini qadağan edir və onların ABŞ-da olan hər hansı aktivləri dondurur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?