Gundemxeber.az » Dünya » Türkiyəli məşhur iş qadını evində ÖLÜ TAPILDI
Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda yaşayan iş qadını və məşhur qolf oyunçusu Beyhan Benardete evində ölü tapılıb.
Bu barədə Gundemxeber.az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Çamlık məhəlləsindəki bina evində tək yaşayan 61 yaşlı Benardetedən xəbər tuta bilməyən yaxınları binanın səlahiyyətlilərinə müraciət ediblər.
Qadının evinə girən səlahiyyətlilər onu qonaq otağında yerdə hərəkətsiz vəziyyətdə tapıblar.
Hadisə yerinə gələn tibb işçiləri Beyhan Benardetenin öldüyünü müəyyən ediblər.
Qadının cəsədi prokurorluq və jandarm qruplarının araşdırmasından sonra ilkin yarılma üçün Bodrum Dövlət Xəstəxanasının morquna aparılıb. Ölümün dəqiq səbəbinin müəyyən edilməsi üçün cəsəd daha sonra Muğla Ədliyyə Tibb Qurumuna göndəriləcək.
Qeyd edək ki, Beyhan Benardete Türkiyə millisinin sabiq qolfçusu idi və bir çox yarışlarda aktiv şəkildə iştirak edib.
Gundemxeber.az
16-03-2018, 15:50
8-10-2013, 01:07
16-05-2021, 09:32
4-02-2014, 21:30
5-02-2018, 16:16
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?