Hadisə Vətəndaş evində ölü tapılıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1939-cu il təvəllüdlü Quliyev Əli Əliş oğlu köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək daxil olublar.
Mənzilə baxış keçirilərkən vətəndaşın vəfat etdiyi məlum olub və cəsədi aidiyyəti üzrə təhvil verilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?