Gundemxeber.az » Dünya » Vens: Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək
ABŞ administrasiyasının başçısı Donald Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək.
Gundemxeber.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Konqres binasında jurnalistlərlə söhbətində bildirib.
“Prezident Trampın siyasəti çox aydındır: nüvə silahının yayılmasına dözə bilmərik, xüsusən də İranda. Bu, hazırki Amerika administrasiyasının siyasəti olacaq”, - o deyib.
Qeyd edək ki, “Bloomberg” agentliyi mənbələrə istinadən Rusiyanın İranın nüvə proqramı ilə bağlı məsələlərdə Tehranla təmasda Tramp administrasiyasına kömək etməyə razılaşdığını yazıb. İddiaya görə, Tramp fevralın 12-də baş tutmuş telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putinə bu istəyini çatdırıb.
Gundemxeber.az
6-01-2020, 20:52
27-07-2017, 13:47
9-05-2018, 11:38
1-10-2017, 18:40
24-04-2018, 22:06
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?