"Çox ehtimal ki, Rusiya ilə razılaşmaq Ukraynadan daha asandır".
Gundemxeber.Az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Düşünürəm ki, Rusiya ilə yaxşı irəliləyirik. Açığını desəm, mənə elə gəlir ki, Ukrayna ilə razılaşma əldə etmək daha çətindir. Onların kartları yoxdur", - Tramp bildirib.
Onun sözlərinə görə, Moskvanın "kozırları" var, ona görə də, onlarla iş görmək daha asandır
Amerika liderinin sözlərinə görə, Prezident Vladimir Putin döyüşləri dayandırmaq istəyir.
ABŞ-nin Ukraynaya hərbi yardımı (indi dayandırılıb) ilə bağlı suala cavab olaraq o bildirib ki, dəstək yenidən mümkün ola bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?