Polşa Ukrayna üçün ABŞ-nin “Space X” şirkətinin əlavə 5 min ədəd “Starlink” peyk rabitə terminalını alacaq.
Gundemxeber.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın rəqəmsallaşdırma naziri Kşiştof Qavkovski “Radio Zet” radiostansiyasının efirində bildirib.
"Biz daha 5 min ədəd “Starlink” terminalının alınması prosesindəyik", - o qeyd edib.
Nazirin sözlərinə görə, Varşava artıq 30 minə yaxın terminal tədarük edib. Onlara xidmət xərcləri Polşaya ildə 200 milyon dollara başa gəlir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?