Kreml gözləyir ki, Vaşinqton Səudiyyə Ərəbistanındakı ABŞ-Ukrayna danışıqlarının nəticələri barədə Rusiyanı hansısa şəkildə məlumatlandıracaq.
Gundemxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu gün Ciddədə ABŞ-Ukrayna danışıqları olacaq. Sülh nizamlanmasına çıxış yollarını axtaran ABŞ tərəfi bizi hansısa şəkildə məlumatlandıracaq", - o, Rusiya Prezidenti Vladimir Putin ilə Ağ Ev rəhbərinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun görüşünün mümkünlüyü barədə məlumatları şərh edərkən vurğulayıb.
"Bunun necə ediləcəyi barədə sizə vaxtında məlumat verəcəyik", - D.Peskov əlavə edib.
Sorğu
Yeni dizaynımız necədir?