GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İran İraqı da itirir - SEPAH-ın əl qoyduğu ölkə əldən çıxır

İran İraqı da itirir - SEPAH-ın əl qoyduğu ölkə əldən çıxır

Tarix: 18-03-2025, 15:33 Bölmə :Dünya Baxış: 170

1979-cu ildəki İslam inqilabından bəri İran bütün Yaxın Şərqdə etibarlı şəbəkə yaratmaq üçün böyük işlər görüb.

Onlar islam inqilabını digər müsəlman ölkələrinə də yaymağa çalışırdılar. İsrail və Səudiyyə Ərəbistanı inqilabın yayılmasının qarşısına sipər çəkmişdi. Türkiyəyə də belə inqilab lazım deyildi. Ancaq uzun müddət ərzində İslam İnqilabının ixracı strategiyası özünü doğrultdu. Şiə hilalı ideyası şiələr arasında xeyli populyarlaşdı.

Yaxın Şərqdə əhalinin əksəriyyətinin şiə olduğu və ya güclü şiə azlığının olduğu ölkələr İranın əli ilə Şiə Aypara qrupuna daxil edilirdi.

İRANİ .png (999 KB)

Xatırladım ki, Şiə hilalı Livan, Suriya, Bəhreyn, İraq, İran, Azərbaycan, Yəmən və Əfqanıstanın qərb bölgələrini əhatə edir. Tehranın “müqavimət oxu” İraq, Livan və Suriyada nüfuz qazandı, 2014-cü ilin sentyabrında İranın dəstəklədiyi Husi yaraqlıları Yəmənin ən böyük şəhərini ələ keçirdilər. Qısa müddət sonra İran parlamentinin üzvləri bəyan etdilər ki, İran dörd ərəb ölkəsinin paytaxtına nəzarət edir: Bağdad, Beyrut, Dəməşq və Səna. Nəticədə İranın İsrail və ABŞ-a qarşı dirənişi xeyli gücləndi. Lakin son 1 ildə baş verən hadisələr regional nizamı alt-üst etdi. Bu gün İran həmin 4 ərəb ölkəsindən ikisinin paytaxtına nəzarəti ciddi şəkildə itirib və daha bir domino daşının yıxılacağından qorxur. Söhbət İraqdan gedir.

Strateji cəhətdən vacib olan Fars körfəzi və Şəttül-Ərəb (neftlə zəngin ərazi) çayı üzərində üstünlüyü ələ keçirmək uğrunda 1980–1988-ci illərdə İran–İraq müharibəsi baş verib. Müharibə hər iki tərəf üçün uğursuz oldu. İraq diktatoru Səddam Hüseyn və İran inqilabının memarı Ayətullah Xomeyninin inadkarlığı üzündən hər iki ölkədən milyonlarla insan ölmüş və hər iki ölkə iflas həddinə çatmışdı. Onu da qeyd edim ki, 8 illik müharibədən sonra hər iki dövlət müharibədən əvvəlki sərhədləri çərçivəsinə qaytdı, yəni yenidən başlanğıc nöqtədə qərar tutdular.

Ancaq 2003-cü ilin martında ABŞ və onun müttəfiqləri İraqa Səddam Hüseyn rejmini devirmək məqsədilə müharibəyə başladı. Aprel ayında Səddam Hüseyinin oğulları Uday ve Kusay Mosulda təşkil olunan silahlı basqında öldürüldü. 14 dekabrda isə Səddam Hüseyn həbs olundu və 3 il sonra İraq Ali Məhkəməsinin qərarına əsasən onu edam etdilər.

SEDDAM.png (68 KB)

2011-ci ildə ABŞ öz hərbi hissələrini İraqdan çıxardı. Elə o vaxt İran bir güllə də atmadan İraqı ələ keçirdi. İraq xalqı İrana xilaskar kimi baxırdı. Çünki İraqda əhalinin əksəriyyəti şiələrdən ibarətdir.

Rəvayətə görə, Əli ibn Əbu Talib Kufə həndəvərində dəfn olunub. Sonralar bu yerdə Nəcəf şəhəri salınıb. 680-ci ildə bugünkü Kərbəla şəhəri yaxınlığında İslam peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn ibn Əli ilə Əməvi xəlifəsi I Yezid arasında baş vermiş döyüş tarixə Kərbəla döyüşü kimi keçib.

2024-cü ildə 21 milyon şiə Kərbəla ziyarətində olub. Hər il Ərbəin günü Kərbəlada xüsusi təntənə ilə keçirilir. Azərbaycanda da çoxsaylı tərəfdarı olan Ayətullah əl-üzma Seyid Əli Hüseyni Sistani də Nəcəf məktəbinin parlaq simasıdır. Şiəliyin Nəcəf mərkəzi ilə Qum arasında bəlli bir rəqabət də var...

İran onilliklər ərzində puldan, silahlı qruplardan və siyasi təzyiqlərdən istifadə edərək İraqa nəzarət etməyə çalışır. Bu, Tehrana İraqdan nağd pul və güc mənbəyi kimi istifadə etməyə imkan verib, onun Yaxın Şərqdəki fəaliyyətini maliyyələşdirməyə kömək edib. İranın dəstəklədiyi qruplar İraqın neft sənayesinə nəzarət edərək ciddi paralar qazanıblar, İraq hökumətinin əsas mövqelərini tutublar. ABŞ və İsrail qüvvələrinə hücum əmrini də məhz onlar verib.

Amma indi İranın İraq üzərində nəzarəti zəifləyir. Bir vaxtlar tamamilə Tehranın təsiri altında olan İraq hökuməti müstəqillik əlamətləri göstərməyə başlayıb. Uzun müddətdir İran tərəfindən dəstəklənən İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani bu yaxınlarda ABŞ prezidentinin həbsinə dair orderin dayandırılması və İranın dəstəklədiyi silahlı qrup tərəfindən saxlanılan girovun azad edilməsi də daxil olmaqla, Birləşmiş Ştatlarla razılaşmalar əldə edib. Hətta vaxtilə ABŞ bazalarına mütəmadi olaraq hücum edən İraq yaraqlıları belə neçə aylardır ki, susurlar.

Bu dəyişiklik İranın artıq regionda nüfuzunu itirdiyi bir vaxta təsadüf edir. Livan və Suriyada böyük uğursuzluqlar yaşayan İran üçün İraq növbəti itki ola bilər. Əgər İran İraq üzərində nəzarəti itirərsə, o, təkcə maddi cəhətdən zərər görməyəcək, həm də İranın Yaxın Şərqdəki imicinə və gücünə ciddi zərbə vurulacaq.

 

İRAQ SON.jpg (108 KB)

İranın İraqı öz nəzarətində saxlamaq istəməsinin əsas səbəblərindən biri də puldur. İraq neftlə zəngindir və İrandan fərqli olaraq beynəlxalq sanksiyalar altında deyil. Bu, İrana İraqdan maliyyə yardımı kimi istifadə etməyə imkan verir. Tehran qüvvələri İran neftini qaçaqmalçılıq yolu ilə İraqa aparır, orada İraq nefti adı ilə maskalanır və sonra bütün dünyaya satılır. İranın dəstəklədiyi silahlı qruplar mənfəət əldə etmək üçün saxta şirkətlərdən və qeyri-qanuni boru kəmərlərindən istifadə edərək İraqdan neft oğurlayır.

İranın İraq üzərində iqtisadi nəzarəti neftlə bitmir. İran biznes dairələri İraqın nəqliyyat, tikinti və hətta dini turizm kimi sənayelərdə üstünlük təşkil edir. Bu müəssisələrin bir çoxunu idarə edən İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İraq hökuməti müqavilələrini udaraq milyardlar qazanır. Hətta İrana bağlı İraqın Xalq Səfərbərlik Qüvvələri İraq hökumətindən 3 milyard dollardan çox maaş alır. Bu əsgərlərin çoxu heç xidmət yerinə belə getmir.

Bu arada İraq iqtisadiyyatı əziyyət çəkir. Ölkənin resursları korrupsiya və oğurluqdan dolayı tükənir, sıravi iraqlılar işsizlik və inflyasiya ilə mübarizə aparır. Amma İranın öz iqtisadiyyatı da dərin problem içindədir. İran valyutasının çökməsi və qiymətlərin artması ilə rəsmi Tehranın ölkənin idarə olunması üçün İraqın puluna ehtiyacını daha da artırıb. İraq İranın əlindən çıxsa, Tehran daha böyük maliyyə böhranı ilə üzləşə bilər.

İranın İraqdakı gücü təkcə pulla deyil, həm də siyasətlə bağlıdır.

Tehran illərdir İraq liderlərinin onun əmrlərinə əməl etməsinə əmin olmaq üçün vaxt sərf edib. Seçkilər zamanı İran rəsmiləri üstünlük verdiyi namizədləri hakimiyyətə gətirmək üçün pərdə arxasında çalışıblar. 2018-ci ildə İran İraqın baş nazirinin seçilməsində birbaşa rol oynadı və 2021-ci ildə İranın müttəfiqləri seçki qutusunda məğlub olduqdan sonra İran İraqa nəzarəti əldə saxlamaq üçün zorakılıq və siyasi təzyiqdən istifadə etdi.

2025-ci ildə İraqda növbəti seçki keçiriləcək və bu illər ərzində ilk dəfədir ki, İranın nüfuzu açıq şəkildə təhlükə altına düşüb. ABŞ Tehrana çox yaxın olan liderləri dəstəkləməkdən imtina edərək daha sərt mövqe tutur. Amerika həmçinin İranın İraqdakı maliyyə şəbəkələrini hədəf almağa başlayıb, İranın dəstəklədiyi qrupların güvəndiyi maliyyə mənbələrini kəsib.

İran hələ də İraqda əhəmiyyətli gücə malik olsa da, vəziyyət sürətlə dəyişir. Livan və Suriyadakı nüfuzunun zəifləməsi və iqtisadiyyatının ağır vəziyyətə düşməsi ilə İran İraqa nəzarəti saxlamaqda çətinlik çəkir. İraq İrandan uzaqlaşmağa davam edərsə, Tehran son illərdə özünün ən böyük siyasi və iqtisadi böhranlarından biri ilə üzləşə bilər. İranın İraqdan öz arxa bağçası kimi sərbəst istifadə etdiyi günlər tezliklə arxada qalacaq. Gerisayım başlayıb.

Bir önəmli məqam da var. İraq-Türkiyə-Avropa “İnkişaf Yolu Layihəsi”nin (Development Road Project) dəyəri 17 milyard dollardır.

TURKİ.jpg (12 KB)

Bəsrə limanından çəkilən 1.200 km yol bu ilin sonunda yekunlaşacaq. Bu meqa-layihə də Avropa və Asiya arasında İran üzərindən yüklərin daşınmasının kəskin şəkildə azalmasına gətirib çıxaracaq. Bu isə İranın maliyyə imkanlarını bir qədər də məhdudlaşdıracaq. İran itirə-itirə gedir, bir azdan öz başını da itirəcək...

Yazı Qərb mənbələrinə istinadən hazırlanıb/musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran Suriya və İraqı şiə etmək istəyir - Çavuşoğlu

    İran Suriya və İraqı şiə etmək istəyir - Çavuşoğlu ...

    20-02-2017, 01:29

  • 
  • İran müqəddəs yerləri mühafizə etmək üçün İraqa qoşun yeritdi

    İran müqəddəs yerləri mühafizə etmək üçün İraqa ...

    16-06-2014, 20:59

  • 
  • Əli Xameneyi Yəməndəki husi yaraqlılarına dəstəyin davam etdiriləcəyini deyir

    Əli Xameneyi Yəməndəki husi yaraqlılarına ...

    15-08-2019, 12:55

  • 
  • İraq ordusu Fəllucəyə hücuma keçib

    İraq ordusu Fəllucəyə hücuma keçib ...

    26-05-2016, 22:35

  • 
  • Səudiyyə ilə İran arasında növbəti QALMAQAL

    Səudiyyə ilə İran arasında növbəti QALMAQAL ...

    10-07-2016, 18:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (373)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu