Prezident Donald Tramp Avstraliyanın Sakit okeandakı Norfolk adasından ABŞ idxalına 29% rüsum tətbiq edib, lakin ada sakinləri hansı malların rüsumlara məruz qalacağını başa düşə bilmirlər.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, məsələ orasındadır ki, region ABŞ ilə heç bir ticarət aparmır. Ada sakinləri tariflərlə bağlı xəbəri gülüşlə qarşılayıblar. Yerli beton qarışıqlar istehsalı müəssisəsinin sahibi tarifin səhvən təyin olduğunu hesab edir.
Qeyd edək ki, Norfolk adasının ümumi əhalisi 2 188 nəfərdir. Adada real istehsal və ya ixrac yoxdur. Bölgə yalnız palma toxumlarını xaricə satır, amma onlar da yalnız Avropaya göndərilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?