Gundemxeber.az » Dünya » Trampın xüsusi elçisi Uitkoff Putinlə görüşmək üçün Rusiyaya gedib
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Moskvaya yola düşüb...
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə “Axios” portalı Uitkoffun səfər cədvəli ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Trampın xüsusi nümayəndəsi Rusiyada prezident Vladimir Putinlə görüşəcək.
Mənbəyə əlavə olaraq, “Axios” öz xəbərini “FlightRadar” məlumatları ilə təsdiqləyib. Bu məlumatlara görə Uitkoffun ola biləcəyi təyyarənin Rusiyaya doğru getdiyi görünür.
ABŞ Dövlət Departamenti məlumatı şərh etməyib. Stiv Uitkoffun səfəri ilə bağlı Rusiya tərəfdən heç bir məlumat verilməyib.
GUNDEMXEBER.AZ
28-07-2018, 19:40
3-09-2018, 11:44
26-12-2017, 00:31
15-12-2016, 11:44
31-01-2017, 21:21
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?